Yalanın aci nəticələri


Digərləri 26 Yan 2019 19:20:00 288 0

Yalanın aci nəticələri

İslam mətnlərində yalanın mahiyyəti, onun fərdi və ictimai təsirləri, dünya və axirətdəki acı nəticələri ilə bağlı ibarələr diqqəti özünə cəlb edir və biz burada yalanın təsir və nəticələrindən bir neçəsinə işarə etməklə kifayətlənirik:

1. Yalançı Allah-Taala və mələklərin lənətinə layiqdir:

Peyğəmbəri-Əkrəm (s) buyurur:

فَلَعْنَةُ اللّهِ عَلَى الْكاذِبِ وَ اِنَ كانَ مازِحاً

"Allah yalançıya lənət etsin, hətta zarafatla yalan danışarsa belə."[1]

Son.az maide.az-a istinadən bildirir ki, başqa bir hədisdə belə buyurur:

اَلْمُؤْمِنُ اِذا كَذَبَ بِغَيْرِ عُذْرٍ لَعَنَهُ سَبْعوُنَ اَلْفَ مَلَكٍ وَ خَرَجَ مِنْ قَلْبِهِ نَتْنٌ حَتَّى يَبْلُغَ الْعَرْشَ فَيَلْعَنُهُ حَمَلَةُ الْعَرْشِ

"Üzrsüz səbəbdən mömin yalan danışarsa, yetmiş min mələk ona lənət oxuyar, onun qəlbindən üfunət iyi ərşə qalxar. Bu zaman, ilahi ərş sakinləri də onu lənətləyərlər."[2]

2. Yalan imanla bir yerə sığmır:

Qurani-Kərimdə bu haqda buyurulur:

إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِآيَاتِ اللّهِ وَأُوْلـئِكَ هُمُ الْكَاذِبُونَ

"Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançılardır."[3]

Peyğəmbəri-Əkrəmdən (s) soruşdular:

يَكُونُ الْمُؤْمِنُ جَباناً؟ قالَ: نَعَم. قِيلَ: وَ يَكُونُ كَذّاباً؟ قالَ: لا

"Mömin qorxaq ola bilərmi?" Buyurdu: "Bəli!" Soruşdular: "Yalançı necə?" Buyurdu: "Xeyr!"[4]

İmam Əli (ə) buyurur:

جانِبوُا الْكَذِبَ فَاِنَّهُ يُجانِبُ الْايمانَ

"Yalan danışmaqdan çəkinin. Çünki yalan imana qarşıdır."

İmam Baqirdən (ə) belə nəql olunur:

اِنَّ الْكَذِبَ هُوَ خَرابُالْاِيمْانِ

"Həqiqətən də, yalan imanı məhv edir."

3. Yalan küfr və nifaqa şərait yaradır:

Yalançılıq insan qəlbinə küfr və nifaq toxumu səpir. Yalançı insanın qəlbində imandan əsər-əlamət qalmadığı zaman, ona küfr və nifaq hücum edir. Bir gün bir şəxs Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gələrək deyir:

يا رَسُولَ اللّهِ ما عَمَلُ اَهْلِ النّارِ؟ قالَ النَّبىُّ(ص): اَلْكَذِبُ، اِذا كَذَبَ الْعَبْدُ فَجَرَ وَ اِذا فَجَرَ كَفَرَ وَ اِذا كَفَرَ دَخَلَ النّارَ

"Ey Allahın Rəsulu! Cəhənnəm əhlinin peşəsi nədir?" Peyğəmbər (s) buyurur: "Yalan! İnsanlar yalan danışarkən fasiq, fasiq olduqları zaman kafir, kafir olduqları zaman isə cəhənnəmə atılarlar."[5]

İmam Əli (ə) buyurur:

اَلْكِذْبُ يُؤَدّى اِلَى النِّفاقِ

"Yalan insanı nifaqa sürükləyir."[6]

İmam Sadiqin (ə) Peyğəmbəri-Əkrəmdən (s) nəql etdiyi hədisdə belə buyurulur:

ثَلاثٌ مَنْ كُنَّ فيهِ كانَ مُنافِقآ وَ اِنْ صامَ وَ صَلىّ وَ زَعَمَ اَنَّهُ مُسْلِمٌ، 1. مَنْ اِذَا ائْتُمِنَ خانَ 2. وَاِذا حَدَّثَ كَذَبَ .3 وَ اِذا وَعَدَ اَخْلَف

"İnsan hətta namaz qılıb oruc tutsa belə, bu üç xüsusiyyətə malikdirsə münafiq və ikiüzlüdür: 1. əmanəti qəbul etdiyi zaman xəyanət edərsə; 2. yalan danışarsa; 3. əhd-peymanına sadiq qalmazsa."[7]

4. Yalan mürüvvət və comərdlik hisslərini zəiflədir:

Peyğəmbəri-Əkrəm (s) buyurur:

اَقَلُّ النّاسِ مُرُوَّةً مَنْ كانَ كاذِبآ

"Yalançı şəxsdə comərdlik hamıdan azdır."

İmam Əli (ə) buyurur:

مَنْ كَذَبَ اَفْسَدَ مُرُوَّتَه

"Yalan danışan öz mürüvvətini itirər."

O həzrət başqa bir yerdə buyurur:

لا يَجْتَمِعُ الْكِذْبَ وَ الْمُرُوءَةُ

"Yalanla comərdlik bir yerə sığmaz."[8]

5. Yalan unutqanlıq gətirir və yalançının dedikləri yadında qalmaz:

İmam Sadiq (ə) buyurur:

اِنَّ مِمّا اَعانَ اللّهُ بِهِ عَلَى الْكَذّابينَ، النِّسْيان