İslamda evlənməyin əhəmiyyəti


Digərləri 26 Yan 2019 19:05:00 213 0

İslamda evlənməyin əhəmiyyəti

İzdivac - Quranda, İslam mədəniyyətində, əxlaqında və şəriət ehkamında diqqəti cəlb edən məsələlərdən biridir və həm də İslam aləmində mühüm əhəmiyyət kəsb edir.

Gənc oğlan və qızların gələcək taleyini müəyyənləşdirən izdivac (ailə qurluşu) haqqında Rəsuli-Əkrəmin hədislərində və məsum İmamlarımızın rəvayətlərində ibrətamiz tövsiyələr olunur və ciddi xəbərdarlıq edilir.

İzdivac - Quran baxımından

1. "Rum" surəsi, ayə 21: "Allah sizin özünüzdən sizin üçün taylar yaratmışdır ki, onlarla rahatlıq tapasız. Və sizin aranızda dostluq və mehribanlıq qərar vermişdir. Bütün bunlarda təfəkkür sahibləri üçün bir ibrət vardır".

2. "Nur" surəsi, ayə 32: "İçərinizdə ərsiz azad qadınları və arvadsız azad kişiləri, kölələrinizdən və cariyələrinizdən əməli düz olanlrı bir-biri ilə evləndirin. Əgər yoxsuludurlarsa Allah öz kəraməti ilə onları varlandırar. Allah lütfü genişdir və hər şeyi biləndir".

İzdivac - Hədis və rəvayətlər baxımından

İzdivac - İslam dinində insanların tale yükü məsələlərindən ən mühüm olduğu üçün bu haqqda bəhs olunan hədis və rəvayətlərin sayı-hesabı yoxdur. O cümlədən:

1. Rəsuli-Əkrəm (s): "İslamda Allah yanında İzdivac qədər mühüm və bəyənilmiş bir bina yoxdur".

2. İmam Cəfər Sadiq (ə): "Evlənmiş bir şəxsin iki rükət namazı subay adamın 70 rükət namazdan, üstündür".