Sevgilisi tərəfindən döyülən aktyordan açıqlama


Digərləri 26 Yan 2019 18:07:00 262 0

Sevgilisi tərəfindən döyülən aktyordan açıqlama

"Cesur ve güzel" serialı ilə məşhurlaşan aktyor Fırat Altunmeşe sevgilisi tərəfindən döyülmüşdü.

Son.az axşam.az-a istinadən bildirir ki, aktyor bu barədə İnstaqram hesabında açıqlama verib:

"Normal vaxtlarda dalaşan bir cütlük deyilik. Həmin axşam çox adi bir səbəbdən dalaşdıq. Bir-birimizi itələdik, necə oldu özüm də bilmirəm. Münasibətlərimizə davam edirik. Yaşanan hadisə münasibətlərimizə təsir göstərməyib. Mən kameralara öyrəşmiş biri deyiləm. Gərgin olduğuma görə suallara sərt reaksiya verdim. Belə bir şeylə gündəmdə olduğuma görə çox üzgünəm".