"Sevgilim dedi ki, tüklü qal, üzünü və bədənini qırxma"
Digərləri 26 Yan 2019 17:57:00 555 0
32 yaşlı Dana ABŞ-ın Oreqon ştatındakı Portlend şəhərində yaşayır. O, günəşli Florida ştatında doğulub. Dediyinə görə, uşaqlıq illərində yaşıdları təki şort geyinəndə ayaqlarındakı tüklərə görə qızlar onu ələ salır, təhqir edirdilər.
Son.az Daily Mail-ə istinadən bildirir ki, 8 yaşında ayaqlarını qırxmağa başlayan Dana 12 yaşında qaşlarını və yuxarı dodağının üstündəki tükləri qırxmağa başlayıb.
İllər keçib, Dana bədənini nifrət etdiyi tüklərdən təmizləmək üçün mumdan və qayçıdan istifadə edib.
Dediyinə görə, ayaqlarında, baldırlarında, qarnında, qoltuq altında, hətta qollarında, əllərində və barmaqlarındakı tükləri qırxmaq məcburiyyətində qaldığından dərisi daim səpirdi.
İndi "Ledi Saskvaç" kimi tanınan Dana xroniki fibromialgiya xəstəsidir.
Mənbə: milli.az