Xərçəngi 20 saniyədə müəyyənləşdirməyin yolu tapıldı


Digərləri 26 Yan 2019 17:45:00 215 0

Xərçəngi 20 saniyədə müəyyənləşdirməyin yolu tapıldı

Proqramın test mərhələsi ötən ilin sonlarında həyata keçirilib

Sankt-Peterburq Politexnik Universitetinin mütəxəssisləri ağciyər xərçəngini 20 saniyədə müəyyənləşdirən və Doktor Alzimov adı verilmiş intellektual sistem hazırlayıblar.

Son.az qaynarinfo-ya istinadla bildirir ki, bu barədə universitetin rəsmi saytında məlumat verilib. Proqram Sankt-Peterburq Klinik Elmi-Praktiki Mərkəzin həkimləri ilə birgə hazırlanıb və istənilən kompüterə quraşdırıla bilər. Sistem ağciyər tomoqrafiyası və digər analizlər əsasında qısa zamanda nəticə çıxarır və əgər patoloji bir vəziyyət varsa, bunu göstərir.