Meksikada boru kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 110u keçib


Dünya 26 Yan 2019 17:10:00 210 1

Meksikada boru kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 110u keçib

 Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 114 nəfərə çatıb.

Son.az bildirir ki, "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə region rəhbərliyi məlumat verib.

"68 nəfər partlayışda, 46 nəfər isə xəstəxanada ölüb", - hökumətin bəyanatında deyilir.

30-dan çox insan isə xəstəxanalarda lazımi yardım almağa davam edir.