Türkiyədə yaşayış binasında partlayış:


Dünya 26 Yan 2019 16:58:00 273 0

Türkiyədə yaşayış binasında partlayış:

Türkiyənin Hatay vilayətinin Altınözü rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində 2 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə yerinə təcili tibbi yardım briqadası və xilasedicilər cəlb olunub. Axtarış-xilasetmə işləri nəticəsində uçmuş binanın qalıqları altından 2 nəfərin cəsədi çıxarılıb. Yaralanan 6 nəfər isə yerli xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır odluğu bildirilir.