Azərbaycanlı deputatlar yenidən AŞPAda vitseprezident seçildilər


Siyasət 26 Yan 2019 16:00:00 223 0

Azərbaycanlı deputatlar yenidən AŞPAda vitseprezident seçildilər

Azərbaycan Milli Məclisinin deputatları Qənirə Paşayeva və Ülviyyə Ağayeva yenidən AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, AŞPA-nın qış sessiyasında Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev isə qrupun xəzinədarı seçilib.

Azad Demokratlar Qrupu vitse-prezidenti postuna, ümumilikdə, 4 nəfər seçilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi yenidən qrup tərəfindən yekdilliklə dəstəklənib. Deputatlar bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını qeyd ediblər.