9 gün əvvəl ana olmuşdu, öldü...


Digərləri 26 Yan 2019 15:02:00 239 0

9 gün əvvəl ana olmuşdu, öldü...

Sumqayıtda xəstəxanada ölüm hadisəsi baş verib

.

Son.az xəbər verir ki, Sumqayıt 1 nömrəli şəhər xəstəxanasından xeberle.com-a verilən məlumata görə, 1992 -ci il təvəllüdlü Ələsgərova Təranə Zeyid qızının axşam saatlarında vəziyyəti pisləşib.

O, xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanada dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, T. Ələsgərova yanvarın 17-də ana olubmuş.