O da ABŞ prezidenti olmaq istəyir


Dünya 26 Yan 2019 14:50:00 212 0

O da ABŞ prezidenti olmaq istəyir

Vermont ştatından olan senator Berni Sanders 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

Son.az report-a istinadən bildirir ki, bu barədə "Yahoo News" internet portalı yazıb.

Portalın mənbələrinin verdiyi məlumata görə, 2016-cı ilin prezident seçkilərində Demokratlar Partiyasından namizəd kimi irəli sürülmək məqsədilə keçmiş dövlət katibi Hillari Klintonla rəqabət aparan B.Sanders son bir neçə ayda növbəti seçkilərdə iştirak edib-etməmək barədə düşünüb. Onu ictimai rəy sorğularının nəticələri, o cümlədən afroamerikalıların və Latın Amerika əsilli vətəndaşların seçkilərdə ona dəstək ola biləcəyi ehtimalı ümidləndirir.

B.Sanders artıq mübarizəyə mümkün girişə hazırlaşır.