Sədr müavini: "Vəzifəyə yüksələn qadın haqqında qara piar aparılır"


Digərləri 26 Yan 2019 14:43:00 260 0

Sədr müavini: "Vəzifəyə yüksələn qadın haqqında qara piar aparılır"

"Rəhbər strukturlarda təmsil olunan qadınların sayı azdır"

Rəhbər strukturlarda təmsil olunan qadınların sayı azdır. 

Son.az bildirir ki, bunu oxu.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.

Onun sözlərinə görə, bələdiyyələrdə 10-15 il bundan qabaq dörd faiz qadın var idisə, bu gün bunların sayı 35 faizdir:

"İcra hakimiyyətlərdə müavinlərdən biri qadın təyin olunub. Hazırda cəmi bir qadın icra başçısı var. Amma zaman var idi ki, Azərbaycanda yeddi rayonda icra başçısı qadın idi. Bizə sual verilir ki, niyə rəhbər vəzifədə qadınlar yoxdur? Kadr məsələsi həssas bir məsələdir. Kadr buna yetişməlidir".

Sədr müavini bildirib ki, bir qadın vəzifəyə yüksələn kimi onun haqqında qara piar aparılır:

"O qara piarı aparan zaman düşünmürlər ki, bu məlumatı bir pilləyə gəlib, çıxan qadın haqqında veririk. Bu məlumatın əsasının olub-olmamasını yoxlamaq lazımdır. Hər bir insan haqqında verilən məlumatın əsası olmalıdır".