Şok kadrlar: ana ticarət mərkəzində oğlunu vəhşicəsinə döydü VİDEO FOTO


Digərləri 26 Yan 2019 14:22:00 242 0

Şok kadrlar: ana ticarət mərkəzində oğlunu vəhşicəsinə döydü  VİDEO  FOTO

31 yaşlı Olqa Şevtsova 6 yaşlı oğlu Vitalini vəhşicəsinə döyüb. Bu olayın videosu sosial şəbəkələrdə yayılandan sonra polis araşdırmalara başlayıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay Ukraynanın Zaporojye şəhərindəki "Ukraina" ticarət mərkəzində yaşanıb. Uşaq oyuncaqları satılan bölmədə qəflətən çılğına dönən ana oğlunun üstünə qışqırıb, onu itələyib yıxıb, sonra təpikləməyə başlayıb. Uşaq sürünərək uzaqlaşmağa çalışanda Olqa Şevtsova ayaqqabısının dik dabanı ilə oğlunun onurğasından vurub.

Satıcı qadınlardan biri bunu görəndə qaçaraq qadını uşaqdan aralayıb.

6 və 2 yaşlı iki oğlu olan Olqa Şevtsova İnstagram-da populyar bloqerdir. O, uşaqların təlim-tərbiyəsi ilə bağlı məsləhətlər verir.

Video yayılandan sonra O.Şevtsova İnstagram profilində videomüraciət paylaşıb.


Xəbərə aid fotolar