Bakıda 38 yaşlı kişi faciəvi şəkildə öldü


Digərləri 26 Yan 2019 13:30:36 192 0

Bakıda 38 yaşlı kişi faciəvi şəkildə öldü

Ötən gün Xətai rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib

.

Son.az bildirir ki, bu barədə qafqazinfo-ya Xətai Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, II Zeytun küçəsi 285 nömrəli evdə yaşayan 1980-ci l təvəllüdlü Sadıqov Emin hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Polis və prokurorluq orqanları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyit ekspertizaya göndərilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.