Birinci vitseprezident Mehriban Əliyevanın işdən ixtisar olunan əməkdaşların işlə təmin edilməsi barədə "Azərenerji" ASCyə verdiyi göstəriş dərhal icraata götürülüb


Siyasət 26 Yan 2019 13:37:00 265 0

Birinci vitseprezident Mehriban Əliyevanın işdən ixtisar olunan əməkdaşların işlə təmin edilməsi barədə "Azərenerji" ASCyə verdiyi göstəriş dərhal icraata götürülüb

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji" ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.

"Azərenerji" ASC-dən Son.az-a verilən məlumata görə, bununla bağlı xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.