"Maykl Cekson məni 7 il zorladı"


Digərləri 26 Yan 2019 12:45:00 315 0

"Maykl Cekson məni 7 il zorladı"

ABŞ-ın Yuta ştatındakı Park Sitidə keçirilən beynəlxalq Sandens kinofestivalında (Sundance Film Festival) dünya pop-musiqisinin mərhum kralı, 2009-cu ildə vəfat etmiş amerikalı Maykl Ceksonun yetkinlik yaşına çatmamışları zorlamaqda suçlandığı "Neverlendi tərk edərkən" (Leaving Neverland) sənədli filminin rəsmi premyerası olub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, rejissoru Den Rid olan 4 saatlıq sənədli film HBO və Channel 4 telekanallarında nümayiş olunacaq.

Filmin "baş qəhrəman"ı, rəqqas Ueyd Robsonun dediyinə görə, Maykl Cekson tam 7 il ona təcavüz edib.

"7 yaşım olanda Maykl Cekson məni "Neverlend"ə dəvət etdi. Orada məni zorladı, sonra da qorxudub "kimsəyə söyləmə" dedi. 14 yaşım olana qədər mənə sürəkli təcavüz edirdi. Sonra "balaca dostum" adlandırdığı məni unutdu", - Robson deyib.