Uşağın çöpçü yanına aparılması doğrudurmu?


Digərləri 26 Yan 2019 12:06:00 276 0

Uşağın çöpçü yanına aparılması doğrudurmu?

Son günlər həm yazılı mətbuatda, həm də sosial şəbəkələrdə “çöpçü”lər mövzusu müzakirə olunur

Son günlər həm yazılı mətbuatda, həm də sosial şəbəkələrdə "çöpçü"lər mövzusu müzakirə olunur.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən report-a bildiriblər ki, çöpçülük türkəçarədir: "Tibb elmində bu qəbuledilməzdir. Onların fəaliyyətini digər qurumlar araşdıra bilər. Qanuni olub-olmamasını, vergi yaxud fəaliyyət məsələləri digər nazirliklər tərəfindən araşdırıla bilər. Ancaq Səhiyyə Nazirliyi əhalini türkəçarələrə yox hər hansı bir hal baş verdikdə həkimə müraciət etmələrini tövsiyə edir".

Qulaq, burun, boğaz və baş-boyun cərrahı Elnur Əkbərov isə problemin həllinin elə də asan olmadığını bildirib. O qeyd edir ki, çöp daha çox uşaqlarda müşahidə olunduğu üçün bu tip problemlə valideyn ya pediatra, ya da qulaq-burun-boğaz həkiminə müraciət edir: "Çöpün əlamətləri yüksək qızdırma, boğazda ağrı, udqunma çətinliyi olduğu üçün bəzən mütəxəssislər diaqnozu düzgün təyin edə, üst tənəffüs yollarındakı yad cismi, yəni çöpü aşkarlaya bilmirlər. Bunun üzə çıxarılması üçün endoskopiya həyata keçirilməlidir. Burun boşluğu, burun-udlaq, əsnək və qırtlağın müayinəsi aparılmalıdır.

Yad cismi yalnız bu halda görmək mümkündür. Bu tip müayinənin uşaqlara aparılması müəyyən texniki problemlərə də bağlıdır. Həkimin endoskopiya imkanları məhdud olduğu üçün diaqnostik çətinliklə qarşılaşır, yad cisimləri xaric etmək onun üçün müşkülə çevrilir. Hazırda bəzi klinikalarda pediatrik endoskopiyanın icrası müasir avadanlığın köməyi ilə artıq mümkündür. Bu səbəbdən Azərbaycanın təbabət mühitində çöpçüyə elə də ehtiyac qalmayıb".

LOR həkim Azərbaycanda bəzi tibb işçilərinin belə öz uşaqlarını çöpçü yanına aparmağına neqativ yanaşdığını deyib: "Çöpçü dediyimiz "mütəxəssis" hər hansı bir tibbi prosedurun aparılmasına hüquqi statusu olan şəxs deyil. Orqanizmə müdaxilə edərək yad cismin xaric edilməsi onun səlahiyyəti çərçivəsindən kənardır. Baş verə biləcək hansısa xoşagəlməz durumda çöpçünün cavabdehliyi məsələsi gündəmə gəlir.