Maştağada avtobusun vurduğu piyada xəstəxanada öldü


Digərləri 26 Yan 2019 11:20:00 266 0

Maştağada avtobusun vurduğu piyada xəstəxanada öldü

Yanvarın 20-si saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailov idarə etdiyi "Daewoo" markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş R.Əliyev yanvarın 25-də orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.