İsmayıllı sakinindən qoşalülə götürülüb


Digərləri 26 Yan 2019 11:00:00 263 0

İsmayıllı sakinindən qoşalülə götürülüb

İsmayıllı sakinindən qoşalülə götürülüb.

Bakı. Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, yanvarın 25-də İsmayıllı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Ərəkit kənd sakini Fazil Allahyarovdan müvafiq sənədləri olmayan “TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb.