Kirayə qaldığınız mənzili ala biləcəksiniz


Digərləri 26 Yan 2019 11:00:00 247 0

Kirayə qaldığınız mənzili ala biləcəksiniz

Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası"nı təsdiq etdi.

Son.az oxu.az-a istinadla xəbər verir ki, "Qayda" Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini almaq və satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı ümumi məsələləri müəyyən edir.

Kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır

Qaydaya görə, satmaq öhdəliyi ilə kirayə müqaviləsi - kirayə müddətində kirayəçiyə yaşayış sahəsini satın almaq hüququ verən və yaşayış sahəsini kirayəçinin istifadə etməsi, aylıq ödənişin müəyyənləşdirilməsi və ödənilməsi, habelə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fondla kirayəçi arasında bağlanan müqavilədir.

Eyni zamanda, kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Müraciət etdiyi tarixə isə kirayəçinin bank kreditləri və digər borcları olmamalıdır.

Tam təmirli mənzil 25 ilə qədər kirayəyə veriləcək  

Qaydalara görə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş mənzil alınacaqdır. Sonra alınan mənzil, müraciət edən vətəndaşa kirayə müqaviləsi ilə üç ildən 25 ilədək kirayəyə veriləcək. 

Bu zaman bir şərt var ki, kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən ödəməlidir. Yəni, 1 illik kirayə haqqı öncədən ödənilməli olacaq.

Mənzilin kirayə müqaviləsində nəzərdə tutulmuş alış qiymətini kirayəçi tam ödədikdən sonra Fond yaşayış sahəsini kirayəçinin mülkiyyətinə verəcək və beləliklə o, kirayəçi mənzilin tam sahibi olduğunu göstərən sənəd - "kupça" alacaq.

Bir şərt də var ki, kirayə müqaviləsi bağlanıldıqdan sonra mənzilin alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir. Yəni, kirayəçi borcunu 3 ildən tez bağlaya bilməz. Bu isə təbii ki, ödənilməsi nəzərdə tutulan kirayə haqqının Fondun xərclərini bağlaması ilə bağlıdır.

Aylıq ödəniş şərtləri 

Kirayə müqaviləsi üzrə aylıq ödəniş hər ay bərabər hissələrə bölünüb ödəniləcək. Bu məbləği Fond aşağıdakı halları nəzərə almaqla hesablayacaq:

- yaşayış sahəsini (mənzili) Fondun satın aldığı qiymət, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclər;