Azərbaycanlı rəqqasə: "Bədənimin ən hörmətli yerini sığorta etdirəcəm, çoxu haramı dediyimi bildi" FOTO


Şou-biznes 26 Yan 2019 09:50:00 344 0

Azərbaycanlı rəqqasə:  "Bədənimin ən hörmətli yerini sığorta etdirəcəm, çoxu haramı dediyimi bildi"  FOTO

"Mən istəyərdim ki, cinsiyyətimi dəyişim"

Son.az azərbaycanlı oriental rəqqasə Səidənin teleqraf.com-a müsahibəsini təqdim edir.

- Son zamanlar rəqs videolarını sosial şəbəkədə bir çox səhifələr paylaşırlar. Amma həmin videoya yazılan tənqidlər ürəkaçan deyil...

- O tənqidlər məni narahat eləmir. Çünki indi hamı üçün elə sözlər yazırlar. O videoların altında pis sözlər yazanlar, ilk növbədə, özlərinə yaxşı-yaxşı baxsınlar. Onlar pis söz yaza-yaza biz qabağa gedirik. Nə olacaq ki?

- Rəqqasəlik sənətində nə yenilik etmək istəyərdin?

- Bu yaxınlarda Şahdağda qarda rəqs etmişəm. Bu klip hələ hazır deyil, işlər gedir. Maraqlı yeniliklərim var. İstəyirəm o biri rəqqasələrdən fərqlənim. Eynilik yorucudur.

- Azərbaycanda rəqqasəlik niyə birmənalı qarşılanmır?

- Düzdür, yaxşı qarşılamıram. Amma, əslində, ərəb rəqsi islam ölkəsindən gəlib. Bu rəqsi ilk olaraq bəylər oynayıb. Onu pis qarşılamaq düz deyil. Amma bu gün çoxları öz toylarında, xeyir işlərində oriental rəqs istəyirlər.

- Bəlkə də rəqqasələrin yaxşı qarşılanmamağının əsl səbəbini bəzi rəqqasələrin özü yaratdı?

- Bəli, bir çox rəqqasələr səbəb yaratdı. İndi rəqqasələr çoxdu. Amma 3-4 yaxşı rəqqasə olsa, bəs edər. İndi İnstaqram-da rəqqasə yazırsan, nə qədər rəqqasə adında insanlar çıxır. Dəxilsiz rəqqasələr çoxdu.

- Hansı rəqqasələr səndən yaxşı oynayır?

- İndi bir söz deyəcəm, xətirlərinə dəyəcək. Hər zaman mən düz danışıram, onların da acığına gedir. Heç biri məndən yaxşı oynaya bilməz. Hərəsi özü üçün oynayır.

- Bəs bəyəndiyin rəqqasə varmı?

- Bəyəndiyim də var, bəyənmədiyim də.

- Adlarını çəkə bilərsən?

- Yox, adlarını deyə bilmərəm. Özləri yaxşı bilir ki, kimi bəyənib, kimi bəyənmirəm. Amma eləsi var ki, bir köpüklük oynaya bilmir. Amma özünü "Nömrə 1" sayır.

- Bəlkə ad çəkməməyin cəsarətsizliyinin əlamətidir?

- Yox, 1-2 dəfə adını çəkdim, çox söz-söhbət oldu.

- Azərbaycanda 90% rəqqasələrin ailəsi yoxdu. Yəni şəxsi həyatları uğursuz olur. Bəs səndə necə?


Xəbərə aid fotolar