Suriyada Rusiya və İran qüvvələri arasında toqquşma:


Dünya 26 Yan 2019 09:39:00 228 0

Suriyada Rusiya və İran qüvvələri arasında toqquşma:

Suriyada prezident Bəşər Əsədin iki iri müttəfiqi arasında silahlı münaqişə baş verib

Suriyada prezident Bəşər Əsədin iki iri müttəfiqi arasında silahlı münaqişə baş verib.

Son.az oxu.az-a istinadla xəbər verir ki, bu haqda Almaniyanın "Spiegel Online" nəşri 19-da radio rabitəsindən oğurlanmış səs yazıları əsasında məlumat yayıb.

Həmin səs yazılarına əsasən, Suriyanın şimal şərqində yerləşən Həma əyalətinin strateji əhəmiyyətli Əl-Qab vadisində Rusiyayönümlü döyüşçülərdən ibarət dəstə ilə İranyönümlü bölmələr arasında silahlı toqquşma yaşanıb. Hər iki tərəf zirehli texnika, qumbaraatanlar və iri-çaplı pulemyotlardan istifadə edib.

Rusiyalıyönümlü birləşmələr İranyönümlü birləşmələrdən sayca üstün olub: onlar bir neçə kəndi nəzarətə götürüb və Hvaiz adlı kiçik şəhərə qədər irəliləyiblər.

Qeyd edilir ki, hazırda bölgədə artıq nisbi sabitlik müşahidə olunur.