“Aeroflot” hava şəraitinə görə 131 reysi ləğv edir


Digərləri 26 Yan 2019 09:00:00 235 0

“Aeroflot” hava şəraitinə görə 131 reysi ləğv edir

“Aeroflot” aviaşirkəti əlverişsiz hava şəraitinə görə yanvarın 26 və 27-də 130-dan çox reysi ləğv edib.

Bakı. “Aeroflot” aviaşirkəti əlverişsiz hava şəraitinə görə yanvarın 26 və 27-də 130-dan çox reysi ləğv edib. Trend-in məlumatına görə, aviaşirkətin məlumatında yanvarın 26-da 68 reysin, 27-də isə daha 63 reysin ləğv ediləcəyi bildirilir. Moskvadan London, İstanbul, Buxarest, Roma, Milan, Helsinki, Tallinn və geriyə, habelə Avropanın və Rusiyanın digər şəhərlərinə olan reyslər dayandırılıb.