Ermənistanın Gənclər Fondunun direktoru həbs olunacaq


Dünya 26 Yan 2019 08:58:00 411 0

Ermənistanın Gənclər Fondunun direktoru həbs olunacaq

Ermənistanda məhkəmə İstintaq Komitəsinin müstəntiqinin bu ölkənin Gənclər Fondunun direktoru, parlamentin deputatı Karen Avakyan barəsində həbs imkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Naira Arutunyan özünün "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ermənistanın Gənclər Fondunun icraçı direktoruna qarşı külli miqdarda mənimsəmə və pulların yuyulması ilə bağlı ittihamlar irəli sürülüb.