Dostdan düşmənə şikayət etməyə utandım


Digərləri 26 Yan 2019 08:25:00 202 0

Dostdan düşmənə şikayət etməyə utandım

Dövrün böyük sufilərdindən olan Cüneyd Bağdadi ilə Əbu Bəkr Şibli təxminən eyni günlərdə xəstələnib yatağa düşürlər. Hər ikisi üçün həkim çağrılır.

Son.az islam.az-a istinadən bildirir ki, Allahı inkar edən biri olaraq tanınan həkim əvvəlcə Cüneyd Bağdadini müayinə edir və soruşur: "Şikayətin nədir?" Cüneyd Bağdadi "heç bir şey" deyə cavab verərək şikayətini demir. Daha sonra həkim Əbu Bəkr Şiblinin yanına gəlir və eyni sualı ona da verir. Şibli xəstəliyindən uzun-uzadı şikayətlənir. Bir müddət sonra hər iki sufinin səhhəti düzəlir. Görüşdükləri vaxt Cüneyd Bağdadi Şibliyə deyir:

- Öz şikayətlərini inkarçı həkimə niyə bu şəkildə ifadə etdin?