Ucarda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub


Digərləri 26 Yan 2019 08:28:00 256 0

Ucarda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub

Ucar rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

Son.az "Report"a istinadən bildirir ki, qəza zamanı Bakının Qaradag rayon Lökbatan qəsəbəsi sakini, 1981-ci il təvəllüdlü Anar Firudin oglu İbrahimov, Gədəbəy rayon sakini, 1948-ci il təvəllüdlü Həqiqət Qənbər qızı İbrahimova, Bakının Qaradağ rayon Lökbatan qəsəbəsi sakini Bəsdi Məsməliyeva və 1960-cı il təvəllüdlü Masazır qəsəbəsi sakini Verdiyeva Sədaqət Qəmbər qızı xəsarət alıb.

Onların dördünün də vəziyyəti kafi qiymətləndirilir. Yaralılıların 3-ü bacıdır. Avtomobilin sürücüsü qəza zamanı hər hansı xəsarət almayıb.

Qeyd edək ki, onlar Gədəbəy rayonundan yas mərasimindən qayıdırmış.

Qazax rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil Müsüslü kəndində yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 4 nəfər ağır xəsarət alıb.