Gəncədə yol qəzası olub, ölən və yaralanan var


Digərləri 26 Yan 2019 08:02:00 229 0

Gəncədə yol qəzası olub, ölən və yaralanan var

08:02

Gəncədə baş vermiş avtomobil qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə zamanı avtomobilin sürücüsü, Göygöl rayon sakini, 1986-cı il təvəllüdlü Elnay Əliyar oğlu Hacıyev ölüb. Qəza zamanı həmçinin onun həmyerlisi, 1988-ci il təvəllüdlü Ruslan Şahbaz oğlu İbrahimov da xəsarət alıb.

00:52

Gəncə şəhərində ölümlə nəticələnən avtomobil qəzası olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə aeroport yolunun yaxınlığında qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Gəncə şəhərində xəsarətlə nəticələnən yanğın olub.