12 yaşlı yeniyetmə peşəkar boksçunu öldürdü


Dünya 26 Yan 2019 08:10:00 253 0

12 yaşlı yeniyetmə peşəkar boksçunu öldürdü

ABŞ-da 12 yaşlı yeniyetmə peşəkar boksçu, 24 yaşlı Con Vanmeteri güllələyərək öldürüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Sport-ekspress" "Boxingscene"yə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Texas ştatında baş verib. İdmançı evdə qızı ilə dincələrkən mənzilə soxulmağa çalışan naməlum şəxsin səsini eşidib. Boksçu onun kimliyini araşdırmaq istəyib, qız isə polis çağırıb. Elə bu vaxt atəş səsi eşidilib. Boksçu döşəmə üzərində başından güllə yarası almış vəziyyətdə aşkar edilb. 

Hadisə yerinə gələn polis əməkdaşları 12 yaşlı yeniyetməni şübhəli şəxs kimi saxlayıblar. Şahidlərin sözlərinə görə, o, hadisə yerindən gizlənməyə çalışırmış. Vanmeter xəstəxanaya aparılarkən aldığı xəsarətdən yolda ölüb.