"Golden People Awards" bu tarixdə keçiriləcək (FOTO)


Digərləri 26 Yan 2019 05:58:41 230 0

"Golden People Awards" bu tarixdə keçiriləcək (FOTO)

Hər kəsin diqqətini cəlb edən və rəğbətini qazanan mükafatlandırma mərasimi paytaxtımızda ilk dəfə keçriləcək.

Bakı. Bir çox ulduzların maraq dairəsində olan «Golden People Awards» mükafatlandırma mərasimi martın 4-də, ABA Event Group şirkətinin təşkilatçılığı ilə "Boulevard Hotel Baku"da keçiriləcək. Təşkilatçılardan Trend-ə verilən məlumata görə, nüfuzlu mükafat sayılıb seçilən incəsənət nümayəndələri, iş adamlarına, media, tibb, idman, ictimai xadimlər, elm xadimləri, influenserlər, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq. Hər kəsin diqqətini cəlb edən və rəğbətini qazanan mükafatlandırma mərasimi paytaxtımızda ilk dəfə keçriləcək. Tədbir saat 17:00-da başlayacaq ilk öncə qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak edəcəklər. Tədbir bitdikdən sonra mükaftçılar after party-də iştirak edəcəklər.Ödül törənində yerli məşhurlarla yanaşı xaricdən gələcək tanınmış simalarında iştirakı gözlənilir. Layihənin təşkilatçıları Aqil Məmiyev və Ləman Mirtalıblıdır.