Evdə ayaqyalın gəzirsinizsə, mütləq oxuyun


Digərləri 25 Yan 2019 23:58:00 288 0

Evdə ayaqyalın gəzirsinizsə, mütləq oxuyun

Mütəxəssislər sübut edir ki, evdə ayaqyalın gəzmək sinir sistemi üçün çox ziyanlıdır.

Məsələ burasındadır ki, müasir materiallardan hazırlanan döşəmələr və xalçalar statik elektrik toplayır. Evdə ayaqyalın gəzən insan bu statik elektriki özünə hopdurur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, statik elektrik insanda tez-tez təkrarlanan baş ağrıları, zəiflik, əsəbilik, yuxusuzluğa səbəb ola bilər.

Bundan əlavə alimlərin fikrinə görə, statik elektrik damarların spazmına və təzyiqin artmasına səbəb olaraq ürək-damar xəstəliklərinin riskini artırır.