Təzyiqi və şəkəri salan, qaraciyəri təmizləyən göyərti 3 faydalı resept


Digərləri 25 Yan 2019 23:23:00 244 0

Təzyiqi və şəkəri salan, qaraciyəri təmizləyən göyərti  3 faydalı resept

Keşniş və keşniş toxumu insan sağlamlığı üçün çox faydalı və qiymətli məhsuldur.

Bu yazıda Son.az saglamolun.az-a istinadən sizi keşnişin bilmədiyiniz faydaları ilə tanış edəcək.

Keşniş qanda şəkərin səviyyəsini tənzimləməyə yardım edir. Bu məqsədlə mütəxəssislər keşnişi dəmləyib çay kimi içməyi tövsiyə edirlər. 1 x.q. xırda doğranmış keşnişi fincanda isti suda (təxminən 100 ml su) dəmləyin, ilıq olanda 1 dilim limon əlavə edin və adi çay kimi için. Şəkərli diabetdən əziyyət çəkənlər daim bu faydalı çaydan içə bilərlər.

Bir çoxları bilmir ki, keşniş təzyiqi salmağa yardım edir. Yüksək təzyiqdən əziyyət çəkirsinizsə belə reseptdən istifadə edin. 1 ç.q. keşniş toxumunu 200 ml isti suda dəmləyin, ilıq olanda süzün və adi çay kimi için. Belə dəmləmə həmçinin böyrəkləri və qaraciyəri də əla təmizləyir.

Keşnişin tərkibində olan qiymətli maddələr onu qaraciyər üçün əvəzolunmaz məhsul edir. Keşniş qaraciyəri təmizləyir, onun fəaliyyətinə müsbət təsir edir.