Hansı kişilər daha tez prostatit olur? Bu peşə sahibləri risk altındadır


Digərləri 25 Yan 2019 23:29:00 260 0

Hansı kişilər daha tez prostatit olur?  Bu peşə sahibləri risk altındadır

Əvvəllər prostatit 50 yaşından yuxarı və daha yaşlı kişilərdə aşkarlanırdısa, indi cavan və orta yaşlı kişilərdə də çox rast gəlinir.

Prostatit həm də bir peşə xəstəliyidir. Elə peşələr, sahələr var ki, orda çalışan kişilər daha tez prostatit ola bilər. Yəni, iş və maaşla bərabər prostatit kimi xəstəliyi də qazanan kişilərin sayı az deyil. 

Son.az bildirir ki, medicina.az risk qrupuna daxil olanları araşdırıb.

Həkimlər

Gecə növbələri, stress, yuxu pozulması, az hərəkətlilik, zərərli vərdişlər, qeyri-düzgün qidalanma həkim kişilərdə erkən prostatitə səbəb olur. Maraqlısı odur ki, həkimlər özləri də simptomları, səbəbləri bilsələr də, təhlükə siqnallarına vaxtında fikir vermir, kolleqa uroloqlara müraciət etmirlər. Buna onların vaxtı da olmur. Prostatit xroniki formaya keçir, bundan sonra mürəkkəb müalicələr başlayır. 

Ofis işçiləri - dizaynerlər, redaktorlar, bank işçiləri və s. 

Bir sözlə, kompüter qarşısında günün 10 saatını əyləşən bütün peşə sahibləri kresloya əyləşməkdən prostat vəzini vaxtından əvvəl sıradan çıxarırlar. Prostat vəzi istini, hərəkətsizliyi sevmir. Oturaq işdə orda qan dövranı pozulur.