Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb


Kriminal 25 Yan 2019 23:12:00 356 0

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Son.az-a verilən məlumata görə Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Digah kənd sakini Fərid Əskərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq F. Əskərovun yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 166 qram narkotik vasitə olan marixuana, 681 qram narkotik vasitə heroin, 1,7 qram tiryək, 2 qram psixatrop maddə hesab edilən metamfetamin və metadon aşkar edilərk götürülüb.