Əmizdirən analara qoyulan QİDA QADAĞALARI


Digərləri 25 Yan 2019 22:59:00 241 0

Əmizdirən analara qoyulan QİDA QADAĞALARI

Südverən analar daima narahatlıqla yaşayırlar: "Bu və ya digər qidanı qəbul etmək olarmı?"

Yaxud internetdə südverən analara qadağa olunan ərzaqların siyasını axtarırlar. Qeyd edək, belə bir siyahı yoxdur və olsa da düzgün deyil. Südverən ana istədiyi yeməyi, istədiyi ölçüdə qəbul edə bilər. Amma əgər sizin nəsildə xüsusi bir qidaya uşaqların allergiyası varsa, onda öz körpənizi həmin qidanı siz qəbul etdikdən sonra reaksiyasını müşahidə edə bilərsiniz. Amma bir çox şeylərin individual olduğu kimi, sizin körpənizdə də bu allergiya olmaya bilər.

Son.az vib.az-a istinadən bildirir ki, bəzi analar istiotlu və çox ədviyyatlı yeməklərdən südvermə zamanı çəkinirlər. Amma çox nahaqq yerə. Onların körpəyə hər hansısa qeyri-adi təsiri araşdırmalarda özünü doğrultmayıb. Hətta bir araşdırma südverən ana sarımsaq yeyəndən sonra uşaqların daha yaxşı süd əmdiyini qeyd edir.

Bəzi anaları daima narahat edəm məsələrdən biri qazlılığa səbəb olan ərzaqlar kimi tanınan kələm, brokkoli, lobya, noxud və bu fəsildən olan tərəvəzlərin qəbulu ilə bağlıdır. Qaz və köp yaradan bu tərəvəzlərin körpədə də eyni effekt ola biləcəyi anaları düşündürür. Amma nəzərə alsaq ki, ana südü ananın mədə-bağırsaq sistemində olanlardan deyil, qana sovrulan maddələrdən yaranır, onda bu narahatlığın da yersiz olduğu ortaya çıxacaq.

Turş qidalar da ana südünə təsir etmir. Məsələn, sitrus bitkilər, pomidor və s. tərəvəzləri analar rahatlıqla qəbul edə bilərlər. Amma bəzi körpələr ana südünə keçə bilən müəyyən qrup zülallara  xüsusən inək südündən hazırlanan süd məhsullarına qarşı həssas ola  bilərlər. Bundan əlavə körpələr soya, buğda, qarğıdalı, yumurta və yerfındığı yeyən analarının südünə müəyyən dərəcədə allergik reaksiya göstərə bilərlər.

Şirniyyat məmulatlarının çox qəbul edilməsi və yaxud yağlı qidaların azaldılması ana südünə heç bir təsiri yoxdur. Ümumiyyətlə, ana südünün yağlılığı yeyilən yağlı qidalardan asılı deyil. Amma anaların südverən zamanı saxlaya biləcəkləri sərt pəhriz sayəsində südün keyfiyyətində bəzi dəyişikliklər baş verə bilər.

Bəzi analar südvermə zamanı formaya tez qayıtmaq məqsədilə şəkər əvəzinə süni şəkər əvəzedicilərindən istifadə edirlər. Thomas Hale (medications and mother milk 2012) araşdırmalarına əsasən aspartam, splenda, sorbitol, saxarin kimi şəkər əvəzedicilərinin istifadəsində ehtiyatla yanaşaraq, az miqdarda istifadəsinə icazə verir. Amma  pəhriz saxlayan xanımlar arasında geniş yayılmış olan stevianı qadağan edir. Stevianın çox şirin otlardan alınaraq hazırlanmasını nəzərə alaraq, geniş araşdırma aparılmadığına görə stevianın istifadəsini risk qrupuna salır.