"Ən böyük böhtanla üzüzə qaldım" FOTO


Digərləri 25 Yan 2019 23:05:00 259 0

"Ən böyük böhtanla üzüzə qaldım"  FOTO

Ahmet Kural: "Mənim müalicəyə ehtiyacım yoxdur, Sılanınkı isə həqiqi eşq deyilmiş" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ötən il Türkiyə mediasında ən çox iki məşhur isim - Ahmet Kural və müğənni Sılanın yaşadığı eşq macərası gündəmi zəbt etdi. Daha sonra bu macəra böyük qalmaqala səbəb oldu. Belə ki, məşhur cütlük iki dəfə ayrılıb-barışandan sonra yenidən evlənmək üçün bir araya gəlmişdi ki, Ahmet Kuralın Sılanı döydüyü xəbəri yayıldı. Sıla Ahmet Kuralın onu 45 dəqiqə döydüyünü iddia etdi. Onların məhkəmə prosesi Türkiyə magazin dünyasının əsas gündəm xəbəri oldu. Sıla bir neçə yerli sayta müsahibələr verərək Ahmet Kuralı qadına qarşı şiddətdə günahkar hesab etdi. Türkiyənin bir çox sənətçisi Sılaya dəstək çıxdı. Ahmet Kural isə "danışmaq istəmirəm" deyərək susdu. Amma aktyor hadisələrin getdikcə daha da qızışdığını nəzərə alaraq "Günaydın" qəzetinə müsahibə verib. Müsahibənin maraqlı olduğunu nəzərə alaraq olduğu kimi təqdim edirik.    - Bu günə qədər yaşanan hadisə ilə əlaqədar heç nə danışmadınız. Qərarınızı nə dəyişdi?

- İndiyə qədər media nümayəndələri bu sualla müraciət edəndə, onlara "danışmayacam" deyirdim. Ancaq bəzi məsələlərin bilərəkdən şəxsi-qərəzliyə çevrildiyini görəndə sükutumu pozdum. Gördüm ki, susmağım insanlar tərəfindən səhv qəbul olunur və insanlar məni təhqir edirlər. Ona görə də yaşanılan bu hadisəni bütün gerçəkliyi ilə danışacağam.   - O zaman Sılaya aşiq olma hekayənizdən başlayaq.

- Mən Sılaya çox aşiq idim. İçi-çölü eyni olan bir insanam və eşqə həqiqətən də inanıram. Bir insanla yaxınlıq etdikdə, münasibət quranda, o zaman hər şey dayanır və gözünüz heç nəyi görmür. Qarşınızdakı insanla xoşbəxt olmaq və onu xoşbəxt etmək istəyirsiniz. Zaman keçdikcə birlikdə yaşamağı və yaşlanmağı istəyirsiniz, onunla ailə qurmağı düşünürsünüz. Mənim eşqim də bu baxımdan çox böyük idi. Ancaq ən önəmli olan insanın şəxsiyyətinə olan hörmətidir. Çünki münasibətləri ancaq şəxsiyyətə olan hörmət davam etdirə bilir. Təəssüf ki, bu da olmayanda eşq davam etmir.

- Nələr dəyişdi?

- Bizə eşq bəs etmədi. Birlikdə olmaq, özümüz olmaq yetmədi. Dostlarımın, inandığım insanların bir anda qiymətsiz, mənasız olduğunun fərqinə vardım. Əslində bir şeyi çox sevirsiniz və onu sevdikdən sonra həyatınızda başqa bir yolayrıcı başlayır. O zaman siz "mən" olmaqdan çıxırsınız və sizdən başqa biri olmağınızı gözləyirlər. Bizim həyatımızda da yaşananlar eyni ilə belə idi. Mən də bunları hiss etməyə başladıqda, hər iki tərəf məyus olmasın deyə münasibəti bitirmək istədim.    - Münasibətlərinizi bitirdikdən sonra yenidən Sıla ilə münasibət qurdunuz.

- Bəli. Bu müddət ərzində onu daha yaxşı tanıdım. Mənim haqqımda "şiddət göstərən", "qadına əl qaldıran" və "əsəblərini cilovlaya bilməyən" bir insan profili yaratdı. Vaxtikən mənə mahnılar yazan və mənimlə münasibət qurması üçün bəzi insanları araya salan, israrlı şəkildə mesajlar yazan bu adam indi məni yerdən-yerə vurur. İnsanların bilmədiyi bir çox ayrılıqlar yaşadıq. Bəlkə də bu, son şansımızdır. Mən ona aşiq idim, amma ağlımda bir sual vardı. Onunla münasibətə başlayanda, sual verdim: "Məndən sonra olan məni maraqlandırmaz. Amma hal-hazırda məndən başqa bir insanla münasibətin varsa, münasibətə başlamayaq". Bu suala "yox" cavabını alanda çox xoşbəxt oldum. Çünki mənə görə, yenidən başlayacağım iş yalansız olmalı idi. Mən də onun haqqında ciddi düşünürdüm. Ailəmlə tanış etdim. Evlənmək üçün planlar qurduq və qısa zaman kəsiyində onun etdiklərinə baxdım. Vicdanım rahat bir şəkildə deyə bilərəm ki, mənim müalicəyə ehtiyacım yoxdur və Sılanınkı həqiqi eşq deyilmiş.    - Sıla "hadisədən beş dəqiqə əvvəl evlilikdən və uşaqlardan danışırdıq. Nə oldusa, bir anda bu hadisələr baş verdi" dedi. Hadisədə Okan Canyantının adı hallandı.

- Gəlin sizə bu hadisəni ətraflı şəkildə danışım. Qarşı tərəf hər şeyi deyir və iddia edir. Amma bu mübahisənin nədən yarandığını söyləmir. Sanki mən bir anda əsəbiləşmişəm, beş dəqiqə əvvəl gözəl danışarkən əsəblərimi cilovlaya bilməmişəm. Bəli, biz ondan beş dəqiqə əvvəl çox xoşbəxt və gözəl şəkildə danışırdıq. Mən onunla ailə qurmaq istədiyimi və valideynlərimlə danışdığımı dedim. Bir neçə dəfə ona sual verəndə, Sıladan fərqli cavablar aldığım üçün yenə soruşdum. "Mənimlə ayrıldıqdan sonra bu insanla yenidən münasibətin oldumu"- deyə. Mənə "bəli, sənin canını incitmək üçün onunla münasibət qurdum" dedi. Mənim güvəndiyim və aşiq olduğum qadının məni həqiqətən sevmədiyini anladığım an idi. Mənə dəlilər kimi aşiq olduğunu söyləyən insanın məndən ayrılar-ayrılmaz başqa bir insanla münasibətə başlaması və yenidən münasibətlərimizi bərpa edəndə bunu bilərəkdən məndən saxlaması çox pisimə getdi. Və inandığım eşqin qarşılıqlı olmadığını anladım. Sıladan evi tərk etməyini istədim. Qarşılıqlı bir münaqişə yaşadıq.

- Həqiqətlər o gecə Sılanın iddia etdiyi kimimi oldu?

- Mən heç kimə zərbə yetirməmişəm. Qarşılıqlı bir münaqişə yaşamışıq. Bunu elə bir şəkildə təqdim etdilər ki, guya mən şiddəti qəbul etmişəm və Sıladan üzr istəmişəm. Hər zaman doğrunu söyləyəcək bir cəsarətə sahibəm. Çünki sevgidolu gözəl bir ailədə böyümüşəm. Qurduğum münasibətləri küçənin ortasında danışan bir insan deyiləm. "Belə bir hadisədə yer aldığım üçün başda Sıla olmaq üzrə bütün qadınlardan üzr istəyirəm" - demişəm. Bu açıqlamamda qadına şiddət mövzusunda adımın çəkilməsindən təəssüf hissimi bildirmişəm.    - Yaşadıqlarınız psixologiyanıza necə təsir etdi?


Xəbərə aid fotolar