Bu meyvə evdə saxlandıqa bakteriya və viruslara qarşı mübarizə aparır


Digərləri 25 Yan 2019 23:09:00 290 0

Bu meyvə evdə saxlandıqa bakteriya və viruslara qarşı mübarizə aparır

Respublikamızın əsasən subtropik zonasında yetişən kinkan bitkisi tərkibindəki maddələrin zənginliyinə və bir çox xəstəliklərin müalicəsində əla vasitə olmasına baxmayaraq, əksər insanlar nə onun adını, nə də onunla necə qidalanmaq lazım olduğunu bilmirlər.

Son.az bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-a müsahibəsində kinkanın faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, kinkan sitrus bitkiləri ilə bir fəsiləyə daxil olsa da, ayrıca sərbəst növdür. Meyvələri xırda (1-3 santimetr diamterində), parlaq narıncı rənglidir. Meyvəsi və meyvə qabığı sərinləşdirici, turşaşirin tamlı, ətirlidir.