Ağır yol qəzası baş verib, yaralananlar var


Digərləri 25 Yan 2019 22:41:00 208 0

Ağır yol qəzası baş verib, yaralananlar var

Bakı-Qazax magistral yolunun 220-ci kilometrliyində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə magistral yolun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil Müsüslü kəndində yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 5 nəfər ağır xəsarət alıb. 

Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.