87 yaşlı kişidən marketdə gənc qıza qarşı ŞOK HƏRƏKƏT: əxlaqsızlıq təklif etdi və... BAKIDA


Kriminal 25 Yan 2019 22:44:00 450 0

87 yaşlı kişidən marketdə gənc qıza qarşı ŞOK HƏRƏKƏT: əxlaqsızlıq təklif etdi və...  BAKIDA

Bakıda əxlaqsızlıq təklif edən yaşlı kişini öldürməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Rəşid Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, hadisə 2017-ci il, iyulun 2-də Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllədə baş verib. Rəşad Muradov paytaxt sakini, 1931-ci il təvəllüdlü Nikolay Qabulxayevi qətlə yetirib.

Marketdə əxlaqsızlıq təklifi

Belə ki, qətlə yetirilən Nikolay Qabulxayev Rəşid Muradovun qeyri-rəsmi yaşadığı Natalya Paçulyanın satış təmsilçisi kimi işlədiyi "Favorit" marketə müştəri kimi gəlib.

Nikolay marktin kassasında olan Natalyaya seksual xarakterli hərəkətlər etməyi təklif edib. Natalya özündən yaşca çox böyük olan ağsaqqal kişiyə seksual hərəkətlər etmək barədə dediyi təklifini rədd edib.

Qisasçılıq

Daha sonra axşam evə gələn Natalya qeyri-rəsmi nikahda yaşadığı Rəşid Muradova gündüz baş verən olayı danışıb. Rəşid sevgilisinə seksual xarakterli hərəkətlər etmək istəyən həmin şəxsdən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.

Ertəsi gün Rəşid Muradov sevgilisinin işlədiyi marketin qarşısına gəlib. O, müştəri kimi marketə gələn Niklayı gözləyib.

Növbəti əxlaqsızlıq təklifi

Təxminən saat 11.51-də Nikolay çörək almaq məqsədilə marketə gəlib. Marketdən çörək alan Nikolay yenə də Natalyanın olduğu kassaya yaxınlaşıb.

Həmin vaxt Niklay evdə tək yaşadığını deyərək Natalya ilə cinsi əlaqədə olmaq istədiyini deyib. Onun bu təklifini Natalyanın yanında olan sevgilisi Rəşid eşidib.

Natalya yenə də təklifə rədd cavabı verdikdən sonra Nikolay marketdən çıxıb. Bir qədər aralanan Nikolaya arxadan Rəşid yaxınlaşıb.

"Nənəmin Təndiri"ndə qətl

Ə.Haqverdiyev küçəsində yerləşən "Nənəmin Təndiri" adlı mağazanın arxa hissəsində hərəkət edən Nikolaya yaxınlaşan Rəşid onu döyərək, çoxsaylı xəsarətlər yetirib.

Nikolay hadisə şahidlərinin köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Həmin gün saat 18.30-da Nikolay vəfat edib.