Sevdiyin insan barədə düşüncələr hipertonıya və stresdən xilas edir


Digərləri 25 Yan 2019 22:38:00 379 0

Sevdiyin insan barədə düşüncələr hipertonıya və stresdən xilas edir

ABŞ-ın Arizona Universitetinin alimləri insan orqanizminin maraqlı xüsusiyyətini aşkar ediblər: əgər fərd stress vəziyyətinə düşürsə, o zaman özünün "ikinci yarısı" barədə cəmi bircə düşüncə bəs edər ki, qan təzyiqinin artmasının qarşısını alsın.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 102 nəfərin iştirakı ilə aparılan eksperimentdə könüllülər ayaqlarını soyuq suya salıb, bu da nəticədə stress reaksiyasına, damarların daralmasına və təzyiqin artmasına gətirib çıxarıb.

Sonra onların bəzilərindən sevdikləri insan barədə düşünmələrini xahiş ediblər. Bu, təzyiqin qalxmasını dayandırıb. Alimlərin sözlərinə görə, bu üsuldan istifadə etməklə imtahan və ya əməliyyatdan əvvəlki vəziyyətinizi yaxşılaşdırmaq mümkündür. Belə ki, öz münasibətlərindən tam məmnun olan insanlarda bu, daha müsbət təsir göstərir.