Gürcü deputat: "Avaqyana büstün qoyulmasını bitmiş məsələ hesab edirəm"


Siyasət 25 Yan 2019 22:14:00 232 0

Gürcü deputat: "Avaqyana büstün qoyulmasını bitmiş məsələ hesab edirəm"

"Mixail Avaqyana büstün qoyulması Gürcüstan-Azərbaycan münasibətlərinə zərər yetirə bilməz".

Son.az report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın parlament çoxluğunun lideri Arçil Talakvadze jurnalistlərə açıqlamasında bildirib.

O, ötən gün bu məsələ ilə bağlı fəal müzakirələrin aparıldığını deyib: "Bu, həssas məsələdir və Azərbaycandakı həmkarlarımızda müəyyən narahatlıq yaradıb. Məsələni bitmiş hesab edirəm və mövzunun daha da dərinləşəcəyini gözləmirəm".

Qeyd edək ki, bu il yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulub. Bununla bağlı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan XİN-də görüş keçirərək, büstün açılmasına etirazını bildirib. Eyni zamanda Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə dəvət edilərək, iki ölkə arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.