Çində "Microsoft"un "Bing" axtarış sistemi qadağan edilib


Digərləri 25 Yan 2019 21:53:00 245 0

Çində "Microsoft"un "Bing" axtarış sistemi qadağan edilib

Çin höküməti "Google" və "Facebook" şirkətlərinin bir çox servislərinə ölkə ərazisində qadağa qoyub, lakin "Microsoft"un "Bing" axtarış sistemi yaxın zamanlaradək ölkədə fəaliyyət göstərirdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 23-dən başlayaraq Çin ərazisində "Bing" axtarış sistemi işləmir. Belə ki, Çin hökümətinin tapşırığına əsasən, ölkə ərazisində cn.bing.com saytına girişə qadağa qoyulub. "Microsoft" şirkəti məsələ ilə bağlı araşdırma apardığını bəyan edib.