Əl ilə yazmaqdan imtina edilməsi beyində dəyişiklik törədir


Digərləri 25 Yan 2019 21:35:00 205 0

Əl ilə yazmaqdan imtina edilməsi beyində dəyişiklik törədir

Texnologiyaların inkişafı nəticəsində indiki nəslə mənsub olan uşaqlar get-gedə daha çox hallarda əl ilə yazmaqdan imtina edirlər. Mütəxəssislərin fikrincə, bu səbəbdən, uşaqlarda əl ilə yazmaq vərdişi yaranmır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, bu trendin sabitləşməsi gələcək nəsillərin beynində dəyişiklik yaradacaq.

Əl ilə yazma vərdişləri kiçik motorikanın və insan beyninin inkişafının çox mühüm funksiyası ilə bağlıdır. Kalliqrafiya (xəttatlıq) sahəsində ekspert Yuri Koverdyayevin fikrincə, əl ilə yazmaqdan hazırda müşahidə edilən dərəcədə imtina edilməsi təhlükəli olmayacaq, lakin o, insanlara, xüsusən uşaqlara hökmən mənfi təsir göstərəcək.

Koverdyayev göstərir ki, texnologiyalar inkişaf etdikcə müasir insanlar arasında müşahidə olunan təkcə onların əl ilə yazmaqdan imtina etməsi deyil. Hətta klaviaturda mətn yığarkən əl ilə işləmək istəməyən, səsli məlumatlara üstünlük verən insanların da sayı tədricən artır. Nəticədə adamlar mətni əl ilə yazmağı yadırğayırlar.