Türkiyədə 1900dən çox kəndlə əlaqə kəsilib


Dünya 25 Yan 2019 21:02:00 228 0

Türkiyədə 1900dən çox kəndlə əlaqə kəsilib

Türkiyənin şərqində yağan güclü qar və havaların şaxtalı keçməsi səbəbindən 1906 kəndlə əlaqə kəsilib. Dağ kəndlərində qarın hündürlüyü bir metri keçib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Qars, Ərzurum, Ərzincan, Ağrı və Ardahan vilayətlərini əhatə edən bu kəndlərdə əhalinin zəruri tələbatlarını ödəmək üçün bölgəyə əlavə texnika göndərilib. Ərzurum-Ərzincan və Ərzurum-Ağrı şoselərində nəqliyyatın hərəkəti həddən artıq çətinləşib.