Afət Nəsimini yuxuda görməsindən DANIŞDI


Şou-biznes 25 Yan 2019 21:14:00 300 0

Afət Nəsimini yuxuda görməsindən DANIŞDI

Müğənni Afət Fərmanqızı son günlər müzakirələrə səbəb olan mahnısından danışıb.

Son.az bildirir ki, sənətçi "ölkə.az"ın əməkdaşı ilə söhbətində bildirib ki, qanunvericilikdə Nəsiminin qəzəlini oxumağa heç bir məhdudiyyət qoyulmadığı üçün bu addımı atıb:

"Bu mahnını böyük Nəsiminin qəzəlinə oxumağım Konstitusiyanın hansı maddəsində ziddir? Xahiş edirəm, bunu mənə izah etsinlər.  Deyirlər ki, düz etməyib oxuyub. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Ürəyim istəyib oxumuşam. Burada cinayət məsuliyyəti varsa, desinlər. Ermənilər oxusaydı, bu qədər tənqid etməzdilər, yaxud belə qınamazdılar".

Afət Fərmanqızı "Yuxuda Nəsimi dedi ki, qəzəlimə mahnı oxu" fikrinə də aydınlıq gətirib:

"Mən "İnstagram" səhifəmə özümdən başqa iki dostum nəzarət edir. Yuxu məsələsi onlardan birinin beyninin məhsuludur. Dünən gözəllik salonunda verilişə hazırlaşanda bir jurnalist zəng vurdu və özünü də normal təqdim etmədi. Söhbət uzanmasın deyə, dedim ki, bəli, belə bir şey olub. Amma ən doğrusunu sizə deyirəm. Bu, dünyəvi mahnıdır və haqqında pis söz deyə bilmərəm. İrad bildirirlər ki, bu, toy mahnısıdır. Əgər toy pisdirsə, balalarınıza niyə toy edirsiniz, müğənnidən xahiş edirsiniz ki, gəlin oxuyun? Təbii ki, hər müğənnini də toya çağırmırlar. Məclislərə də özünü apara bilən, normal geyinən sənətçiləri dəvət edirsiniz axı, əziz izləyicilər. Bu mahnının minusunu bir neçə həmkarım məndən istəyir. Hətta bir tanınmış müğənni mahnıya çəkdiyim xərcin beş qatını ödəməyə hazırdır.