AFFAdan millimizin baş məşqçisi ilə bağlı məlumat


Digərləri 25 Yan 2019 20:50:00 237 0

AFFAdan millimizin baş məşqçisi ilə bağlı məlumat

Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam edir.

Son.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirilib. Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub. AFFA-nın Məşqçilər Komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə təqdim olunacaq.