Muğam Mərkəzində “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda elmi seminar keçirilib


Kriminal 25 Yan 2019 20:26:00 484 0

Muğam Mərkəzində “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda elmi seminar keçirilib

Beynəlxalq Muğam Mərkəzinin "Dəyirmi masa" layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə "Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri" mövzusunda elmi seminar keçirilib.

Beynəlxalq Muğam Mərkəzi konsert fəaliyyət ilə yanaşı, bir sıra irimiqyaslı layihələr də həyata keçirir ki, onlardan biri də "Dəyirmi masa" adlanır. Bu layihə çərçivəsində "Muğam və qəzəllər", "Aşıq musiqisi:dünən, bugün və gələcəkdə" mövzusunda keçirilən tədbirlər haqqında kütləvi informasiya vasitələrində məlumatlar dərc edilmişdir.

Azərbaycan Foklorunun ən qədim janrılarından olan bayatılar min illiklərin tarixi- mədəni yaddaşı, xalqımızın milli-mənəvi dəyəridir. Əsrlər boyu bayatılar sadəlik, mərdlik, dostluq, igidlik, qeyrət, namus, ar, məğrurluq kimi insani keyfiyyətləri özündə əks etdirir. Ruhumuzu yaşadan bayatılar mədəniyyətimizin, dilimizin, dinimizin və kimliyimizin dərki kimi təcəssüm etdirilib.

Bayatı janrının özünəməxsusluğu ilk növbədə onun həm xalq ədəbiyyatı, həm də xalq musiqisi ilə bağlı olmasıdır.Bu səbəbdən bayatı ilə bağılı araşdırmalar hər iki sahədə aparılır. Janrın tarixui kökləri, poetik xüsusiyyətləri, xalq musiqisində, bəstəkar yaradıcılığında təcəssüm formaları bu gün seminarımızda təqdim ediləcək.

Milli-mənəvi sərvətimizin əsas hissəsini təşkil edən xalq yaradıcılığının parlaq janrlarından biri kimi bayatının öyrənilməsi, təbliğ edilməsi müasir mədəniyyətin aktual məsələlərindən biridir.