Sabiq futbolçu fəxri vətəndaş oldu


İdman 25 Yan 2019 20:22:00 303 0

Sabiq futbolçu fəxri vətəndaş oldu

Bayer Münich və Almaniya millisinin sabiq müdafiəçisi Filip Lam Münhen şəhərinin fəxri vətəndaşı seçilib.

Goal.az xəbər verir ki, məlumatı futbolçu özü yayıb. “Münhenin fəxri vətəndaşı seçilən ilk idmançıyam. Bununla qürur duyuram. Demək olar ki, bütün həyatımı burada keçirmişəm. Doğma şəhərimin etimadını qazanmaq mənim üçün şərəflidir”, - futbolçu bildirib.

Qeyd edək ki, Lam milli ilə 2014-də dünya çempionu olub. İki dəfə mundialın bürünc medalına layiq görülüb. Avropa çempionatının mükafatçısıdır.