Vasif Talıbov bu işçilərin maaşını 50 faiz artırdı


Digərləri 25 Yan 2019 20:13:24 326 0

Vasif Talıbov bu işçilərin maaşını 50 faiz artırdı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 25-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az report-a istinadən bildirir ki, sərəncam Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır. 

Sərəncamla Şərur rayonunda icbari tibbi sığorta tətbiq edilir, Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti sərəncamla yaradılan publik hüquqi şəxslərin Nizamnaməsini təsdiq etmək və icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il iyunun 1-dən həmin publik hüquqi şəxslərin fəaliyyətlərini təmin etməli, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il iyunun 1-dən 50 faiz artırılmasını təmin etməlidir.