75 yaşlı kişi göldə batdı


Digərləri 25 Yan 2019 18:53:00 260 0

75 yaşlı kişi göldə batdı

75 yaşlı İsmayıllı sakini göldə batıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə İsmayıllının Aşıqbayramlı kəndi ərazisində yerləşən göldə batdığı ehtimal olunan 1944-cü il təvəllüdlü Axundov Hacalı Qasım oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu H.Axundovun axtarışlarına cəlb olunub.

Vətəndaşın meyiti axtarış işləri nəticəsində aşkarlanaraq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.