Nazirlik: Obyektlərə edilən xəbərdarlığın müddəti başa çatır


Digərləri 25 Yan 2019 18:58:00 251 0

Nazirlik: Obyektlərə edilən xəbərdarlığın müddəti başa çatır

Xəbərdarlığa əməl etməyənlərə qarşı nazirlik tərəfindən sərt inzibati və hüquqi tədbirlər görüləcək.

Bakı. Xəzərin çirkləndirilməsinə səbəb olan tullantılara görə sahil zolağında yerləşən obyekt, müəssisə və təşkilatlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən xəbərdarlığın müddəti yazın ilk ayında başa çatır. Xəbərdarlığa əməl etməyənlərə qarşı nazirlik tərəfindən sərt inzibati və hüquqi tədbirlər görüləcək. Bunu jurnalistlərə açıqlamasında Xəzər Kompleks Ekoloji Monitorinq idarəsinin direktoru Ərəstun Həsənov bildirib. Ə.Həsənovun sözlərinə görə, müəssisə sahiblərinə müasir təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlıqlar edilib, bildiriş məktubları göndərilib, icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib: "Qarşıdan yaz-yay mövsümünün gəldiyini nəzərə alaraq ötən illərdə olduğu kimi bu il də ekoloji gərgin vəziyyətin yaranmaması üçün Nazirlik hüquqi və fiziki şəxslərə bir daha xəbərdarlıq edir ki, qısa müddət ərzində müasir təmizləyici qurğular quraşdırsınlar. Əks halda qanunamüvafiq qaydada sərt tədbirlər görüləcək". Nazirlik rəsmisi qeyd edib ki, Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması, dənizi çirkləndirən mənbələrin müəyyənləşdirilməsi məqsədilə şimaldan cənubadək sahil zolağı boyunca monitorinq və araşdırmalar aparılır: