2018-ci il üzrə sığorta bazarının göstəriciləri açıqlanıb


Digərləri 25 Yan 2019 18:44:00 214 0

2018-ci il üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2018-ci il ərzində ölkədə fəaliyyətdə olan 21 sığorta şirkəti tərəfindən 728.0 mln. manat məbləğində sığorta haqları toplanıb

Bakı. 2018-ci il ərzində ölkədə fəaliyyətdə olan 21 sığorta şirkəti tərəfindən 728.0 mln. manat məbləğində sığorta haqları toplanıb, 240.3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 536.2 mln. manat, ödənişlər isə 172.5 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 191.8 mln. manat, ödənişlər isə 67.8 mln. manat olub.